"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qənirə Paşayeva: “Mütəmadi olaraq yerli vergiləri vaxtında ödəyirəm”

--2021-07-05 / 14:32

Belediyye.info Milli Məclis üzvlərinə sorğu ilə müraciət edib. Sorğu həm sosial mediada yayımlanıb, həm də Milli Məclisin 30-a yaxın üzvünün votsap nömrəsi vasitəsiylə şəxsən göndərilib.

Sorğuda ilk olaraq Milli Məclisin Mədəniyyət komitəsinin sədri, dəyərli xanım Qənirə Paşayeva iştirak edərək sualları cavablandırıb.

“Təmsil etdiyiniz rayonda formalaşan bələdiyyələrin fəaliyyəti Sizi qane edirmi”-sualına Komitə sədri bu orqanların fəaliyyətinin lazımi səviyyədə olmadığını qeyd edib.

- Bələdiyyələrin daha səmərəli fəaliyyəti üçün qanunvericilikdə hansı əlavə və düzəlişlərin edilməsini təklif edərdiniz?

- Hər il bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxışlar edirəm, təkliflər səsləndirirəm. Bunlar Milli Məclisin stenoqramlarında öz əksini tapıb. Oradan bütün məlumatları əldə edə bilərsiniz. Bunların arasında ən vacib məsələlərdən biri bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlıdır.

-Son bir ildə bələdiyyələrin qarşılaşdığı hansı problemin həlliylə bağlı təklifiniz olub?

- Bir çox məsələlərdə bələdiyyələrlə bağlı bir çox mövzularda çıxışlarım olub və Milli Məclisin stenoqramlarından hamısını əldə edə bilərsiniz.

-Siz yerli vergilərinizi ödəmisinizmi?

- Bəli. Mütəmadi olaraq yerli vergiləri vaxtında ödəyirəm.

Belediyye.info

ŞƏRHLƏR